Qurban Qurbanov Azərbaycan derbisində görün necə yadda qalıb
Bizi izləyin

İdman

Qurban Qurbanov Azərbaycan derbisində görün necə yadda qalıb

"Qarabağ" və "Neftçi" komandaları arasında indiyədək keçirilmiş oyunlarda üç futbolçu het-trik edib.

Publika.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan derbilərində bunu ancaq Ağdam klubunun oyunçuları bacarıb.

"Köhlət atlar"ın sabiq üzvləri Georgi Adamiya, Reynaldo Silva və Filip Ozobiç "ağ-qaralar"a qarşı bir matçda üç qol vura biliblər.

Tərəflərin duelində ilk dubla isə Yunis Hüseynov ("Neftçi") 1994-cü ildə imza atıb. Qarşılaşma Bakı klubunun 3:2 hesablı qələbəsi ilə bitib. "Qarabağ"ın ilk dublu isə bir il sonra Müşfiq Hüseynovun aktivinə yazılıb. Həmin görüşdə qalib müəyyənləşməyib - 2:2

Yalnız iki futbolçu 2 dəfə dubla yadda qalıb. Bunlar Mahir Emreli və Kadi Borgesdir (hər ikisi "Qarabağ").

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da Azərbaycan derbisində dubl edib. O, 2004-cü ildə 3:1 hesabı ilə qalib gəldikləri matçda "Neftçi"nin futbolçusu kimi fərqlənib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 11-ci turunun "Qarabağ" - "Neftçi" oyunu noyabrın 9-da baş tutacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm