Sosial
Ruslar Yeni il tətili üçün bu ölkələrə üz tuturlar: Azərbaycan yoxdur
Rusiyada ən populyar Yeni il tətili yerləri sifarişlərə əsasən Moskva, Sankt-Peterburq və Soçi, xaricdə isə Tailand, Özbəkistan və Türkiyə olub.
Publika.az xəbər verir ki, "Aviasales"in məlumatları əsasında aparılan araşdırmanın nəticələrini "Lenta.ru" paylaşıb.
Analitiklərin fikrincə, hazırda alınan aviabiletlərin 58 faizi daxili, 42 faizi isə beynəlxalq istiqamətlər üçündür.
"Rusiyada ən populyar Yeni il istiqamətləri Moskva, Sankt-Peterburq və Soçi olub. Liderlər arasında Kalininqrad, Mineralnıye Vodı, Yekaterinburq, Kazan, Murmansk, Ufa və Novosibirsk də var", - məlumatda qeyd olunub.
Xidmət bildirib ki, orta hesabla Rusiya daxilində Yeni il səyahətləri bir həftə nəzərdə tutulub. Hər səkkiz biletdən biri uşaqlı sərnişinlər tərəfindən bron edilir və digər istiqamətlərə nisbətən ailələr daha çox Soçi və Moskvada tətil planlaşdırırlar.
Araşdırmaya görə, Tailand, Özbəkistan və Türkiyə beynəlxalq istiqamətlər üzrə liderdir. Qarşıdan gələn Yeni il bayramlarında Çin, Qazaxıstan, BƏƏ, Gürcüstan, Belarus, Ermənistan və Vyetnama reyslər də populyardır.
Analitiklər əlavə ediblər ki, xaricə olan səfərlərin ortalama vaxtı 10 gündür. Ən uzun Yeni il tətili isə 2 həftədən çox olmaqla Tailand və Vyetnamda baş tuta bilər. BƏƏ isə ailə üçün ən yaxşı tətil məkanı kimi qiymətləndirilir.
Adəm
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək
-
Magazin231 Mart 20:48Məşhur aktrisanın arxiv fotosu təəccübləndirdi -







































