İdman
Ulduz futbolçu “Real”ı tərk edir?
Son aylarda “Real”ın bir neçə mərkəz müdafiəçisi ilə maraqlandığı bildirilir.
Publika.az xəbər verir ki, bu, həmin mövqedə çıxış edən David Alaba və Antonio Rüdigerin gələn yay müqavilələri başa çatdıqdan sonra klubdan ayrılacağı ehtimalı ilə əlaqələndirilir.
Rüdiger son altı ayın böyük hissəsini zədə səbəbindən buraxıb və hazırda diz əməliyyatından sonra bərpa prosesindədir. “Marca” nəşrinin məlumatına görə, “Real” və Rüdiger futbolçunun gələcəyi ilə bağlı danışıqları 2026-cı ilin əvvəlində, o, yaşıl meydanlara qayıtdıqdan sonra aparacaq.
Rüdiger “Real”da qalmaq istəyir. Klub onun zədəyə meyilli olması ilə bağlı ehtiyatlı olsa da, alman futbolçunun paltardəyişmə otağında lider rolu yüksək qiymətləndirilir. Antonio da prioritetini “Real”a verir, lakin ona maraq göstərən digər aparıcı klublar da var. Onlar arasında 2022-ci ildə azad agent kimi ayrıldığı “Çelsi” də yer alıb.
Əgər bu variantlardan heç biri reallaşmasa, Rüdiger karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Heybət
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək




































