İdman
DÇ-2026-da oyunların vaxtını dəyişin! - Ulduz futbolçu dilə gəldi
İngiltərə millisinin müdafiəçisi Ris Ceyms 2026-cı il dünya çempionatı ilə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, o, mundial zamanı ABŞ, Kanada və Meksikada gözlənilən isti hava şəraitinə görə oyunların başlama vaxtının dəyişdiriləcəyinə ümid etdiyini bildirib:
“Şübhəsiz ki, bu, kömək edərdi. Oyunların daha gec başlaması istinin və rütubətin bir qədər azalması deməkdir. Məndən matçların başlama vaxtı barədə fikrim soruşulmayıb, amma yəqin ki, hansısa menecerlərlə və ya klublardakı insanlarla məsləhətləşiblər. Əminəm, müəyyən rəy toplanıb. Belə istidə oynamaq çox çətindir, xüsusilə də bizim kimi İngiltərədə çıxış edən futbolçular üçün. Əvvəllər belə şəraitdə oynamamışıq.
Oteldən çıxan kimi istini hiss edirsən. Belə şəraitdə oynamaq çətindir, həm də meydanların keyfiyyəti o qədər də yüksək deyildi, bu da işi bir qədər çətinləşdirirdi. Amma ümid edirəm ki, dünya çempionatı başlayana qədər hər şey daha yaxşı olacaq”, – deyə 25 yaşlı söyləyib.
Qeyd edək ki, Ris Ceyms “Çelsi”nin heyətində ABŞ-da keçirilən klublararası dünya çempionatında da çıxış edib. Turnir 2025-ci il iyunun 1-dən iyulun 13-dək baş tutub.
-
Magazin220:48Muazzez Abacı doğum günündə VƏFAT ETDİ
-
Hadisə19:30Şəmkirdə də yanacaqdoldurma məntəqəsində yanğın baş verdi - Video
-
Nəqliyyat18:30Bakıda axşam tıxacı: Bu yollar keçilməz oldu
-
Ekologiya18:20Baş nazir qərar imzaladı: 2035-ci ilə qədər...
-
Sağlamlıq18:00Gündə on min addım, iki litr su: Mütəxəssisdən mühüm tövsiyə
-
Sosial16:43Bu müavinətlərin ümumi məbləği artırılır
-
Sosial15:30Bu şəxslərə leytenant hərbi rütbəsi veriləcək
-
Rəsmi xronika14:43İlham Əliyev yeni icra başçılarını qəbul etdi - FOTO















.jpg)
.jpg)







.jpg)







.jpg)


.jpg)

