İdman
Runi birdən-birə varlandı: Bu necə baş verdi?
“Mançester Yunayted” və İngiltərə millisinin əfsanəsi Ueyn Runi Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyasından (HMRC) təxminən 800 000 funt sterlinq təzminat alacaq.
Publika.az xəbər verir ki, bu, onun imic hüquqlarını idarə edən şirkətin ləğvi nəticəsində mümkün olub.
“The Sun” qəzetinin məlumatına görə, bu prosesdən ümumi gəlir 22,5 milyon funt təşkil edəcək və nəticədə Runinin sərvəti 170 milyon funtadək yüksələcək.
Runi “Yunayted”in tarixində ən çox qol vuran futbolçudur. 559 matçda 253 qol, həmçinin İngiltərə millisində əvvəlki rekordun sahibidir - 120 oyunda 53 qol.
O, karyerasına “Everton”da başlayıb, 2004-cü ildə 27 milyon funt qarşılığında “Yunayted”ə keçib və 13 il ərzində bütün əsas klub titulunu qazanıb, o cümlədən Çempionlar Liqası və beş Premyer Liqa titulu.
Karyerasını bitirdikdən sonra Runi “Derbi Kaunti”, “Birmingem” və “Plimut” klublarını çalışdırsa da, uğur qazana bilməyib. Hazırda o, futbol ekspertidir. Onun sərvəti həftədə 300 000 funtadək olan maaş, "Nike", "Coca-Cola" və "EA Sports" ilə reklam müqavilələri sayəsində formalaşıb.
Heybət
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...










.webp)



























