İdman
FIA giriş haqqını 75 milyon artıracaq: Narazılıq başladı
Beynəlxalq Avtomobil Federasiyası (FIA) beş il ərzində giriş haqqı sistemini dəyişərək komanda ödənişlərini 75 milyon dollar artıracaq.
Publika.az xəbər verir ki, tanınmış jurnalist Co Sayvudun yazdığına görə, komandalar bu vəsaitlərin necə istifadə olunacağına dair aydınlıq tələb edir.
Əsas dəyişiklik töhfələrin paylanması ilə bağlıdır. Əvvəllər töhfələr çempionatda toplanan xalların sayına əsasən hesablanırdı ki, bu da lider və geridə olan komandalar arasında ciddi fərqə səbəb olurdu. İndi ödənişlər yenidən bölüşdürüləcək: ən güclü komandalar daha az, orta pillədəki komandaları isə daha çox ödəyəcək.
FIA təşkilatın peşəkarlığını artırmaq üçün əlavə vəsait ayıracağını vəd edir, lakin komandalar şübhələrini bildirir və ətraflı aydınlaşdırma tələb edirlər. Onlar fondun digər çempionatlara subsidiya vermək və ya federasiya rəsmiləri üçün əyləncə tədbirləri üçün istifadə oluna biləcəyindən qorxurlar.
Müşahidəçilər yarış həftəsonları padokda FİA-nın “qızıl ötürmələri”nin sayının kəskin artdığını qeyd ediblər ki, bu da komandaların vəsaitlərin sui-istifadəsi ilə bağlı narahatlığını dolayısı ilə təsdiqləyir.
Yeni maliyyə siyasəti komandalar arasında narazılıqla qarşılanır, lakin FİA prezidenti Məhəmməd bin Sulayemlə açıq şəkildə fikir ayrılığını ifadə etmək təhlükəli sayılır.
-
Yaxın Şərq09:49ABŞ və İsrail Gülüstan sarayını dağıtdı - Video
-
ABŞ09:12Trampdan sirli mesaj: Çox tezliklə İranı kimin idarə etdiyini biləcəksiniz
-
Qoroskop08:49Zirəddin İranla bağlı dəhşətli proqnoz verdi - Foto
-
Dünya07:55Ər-Riyadda ABŞ səfirliyi partladıldı, Tramp qəzəbləndi
-
MDB07:15İranda "İkinci Çernobıl" fəlakəti yaşana bilər - Zaxarova
-
Dünya03:43İranın Oman körfəzində gəmisi qalmadı - Hamısı batırıldı
-
Dünya03:18Melaniya Tramp BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik etdi, ajiotaj yarandı
-
ABŞ02:19Trampa nə olub? - Boynundakı qızartı diqqət çəkdi

















.jpg)














.jpg)





