Sensasion iddia: Peres bu tarixdə “Real”dan gedir
Bizi izləyin

İdman

Sensasion iddia: Peres bu tarixdə “Real”dan gedir

“Real Madrid”in prezidenti Florentino Peres səlahiyyət müddətinin 2028-ci ilə qədər olduğuna baxmayaraq, gələn il vəzifəsini tərk etmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Pepe Alvares “X” sosial media saytındakı səhifəsində məlumat verib.

Mənbənin sözlərinə görə, Peres “Real Madrid” üzvlərinin referendumu dəstəkləyib-dəstəkləməməsindən asılı olmayaraq, hakimiyyətin nizamlı şəkildə ötürülməsini istəyir.

İspan sahibkar 2000-2006-cı illərdə “Real Madrid” klubunun prezidenti olub. O, 2009-cu ildə bu vəzifəyə qayıdıb. Peresin rəhbərliyi altında “kral klubu” 7 dəfə Çempionlar Liqası da daxil olmaqla 37 kubok qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm