İdman
Portuqaliya Ronaldoya görə HƏRƏKƏTƏ KEÇDİ
Portuqaliya Futbol Federasiyası (FPF) 2026-cı il Dünya Çempionatının seçmə mərhələsində İrlandiya ilə qarşılaşmada qırmızı vərəqə alan Kriştian Ronaldonun birdən çox oyundan kənarlaşdırılmasının qarşısını almaq üçün Beynəlxalq Futbol Federasiyasına (FİFA) müraciət edəcək.
Publika.az xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb.
Portuqaliya tərəfi bir sıra arqumentlər hazırlayıb - oyundan əvvəlki gərgin atmosfer, Portuqaliya millisinin baş məşqçisinin Ronaldunu hakimlərə təsir göstərməkdə ittiham etməsi, rəqiblərin kobud hərəkətləri və Ronaldunun indiyədək heç vaxt meydandan qovulmaması. Əgər bu arqumentlər nəzərə alınarsa, futbolçu yalnız seçmə mərhələnin bir oyununu buraxa bilər və dünya çempionatının startında oynaya bilər.
Hadisə Dublin şəhərində İrlandiya ilə görüşün 61-ci dəqiqəsində baş verib. 40 yaşlı Ronaldo irlandiyalı müdafiəçi Daru O’Şiyə dirsəyi ilə zərbə endirib. Hakim Qlenn Nyuberq əvvəlcə sarı vərəqə göstərsə də, VAR-da epizodu izlədikdən sonra qərarını dəyişərək qırmızı vərəqə verib. Oyun irlandiyalı futbolçuların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, Ronaldunun milli komanda ilə keçirdiyi 226 oyunda ilk qovulması olub.
Portuqaliya F qrupunda 10 xalla liderliyini qoruyur. Sonrakı yerlərdə Macarıstan (8 xal), İrlandiya (7 xal) və Ermənistan (3 xal) qərarlaşıb. Son turda Portuqaliya evdə Ermənistanla, İrlandiya isə səfərdə Macarıstanla qarşılaşacaq. Hər iki oyun 16 noyabrda keçiriləcək.
Hüseyn İbadlı
-
Sosial13:35Bu məktəbdə tədris dayandırdı: şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO
-
Maraq dünyası09:54BÜRCLƏR üçün aprel ayının ən uğurlu və uğursuz günləri








.webp)






























