İdman
Argentina Messi üçün necə oynadısa, Braziliyada da Neymar üçün elə oynamalıdır
Kazemiro Argentinanın DÇ-2022-də Lionel Messidən istifadə etdiyi kimi Braziliya millisində Neymardan istifadə edilməsini istəyir.
Publika.az xəbər verir ki, Kazemiro “Komanda taktiki cəhətdən Neymara uyğunlaşmalıdır?” sualına belə cavab verib:
“Əlbəttə. Argentina bunu Messi ilə etdi. Yenə deyirəm, bu üçü (Messi, Neymar və Ronaldo) dünyanın ən yaxşı oyunçularıdır. Neymarı meydana buraxıb belə oynaya bilərsiniz. O, sadəcə orada dayanacaq və biz qaçacağıq kimi olmayacaq, Argentina belə oynadı: Alvares dərinliyə getdi, Messi isə yalançı 9 nömrə kimi oynadı.
Komanda aşağı blokla müdafiə olundu və Messi öndə dayandı.
Belə oyunçuların məharəti danılmazdır və onu rədd etmək olmaz. Bu oyunçular sadəcə olaraq çox istedadlıdırlar. Müasir futbolda qələbə ilə məğlubiyyət arasındakı sərhəd o qədər incədir ki, onu aşa bilənlər də bu futbolçulardır. Məsələn, Xorvatiya ilə matçda Neymar müəyyən məqamda qol vuraraq komandanın problemini həll etdi. Oyun yaxşı getmədi, çətin idi, sonra o, gözəl qol vurdu”, – Kazemiro bildirib.
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...










.webp)



























