İdman
Emin millinin dərdindən danışdı: "Bu, çox böyük problemdir"
“Oyuna çox yaxşı başladıq. Qol da vurduq. Bundan sonra çalışdıq ikinci qolu vuraq, amma alınmadı”.
Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov DÇ-2026-nın seçmə mərhələsinin son turunun Fransa ilə oyununu şərh edərkən deyib. O, hesabda iləri keçmələrinə rəğmən məğlub olmaqlarını komandalar arasındakı kefiyyət fərqi ilə izah edib:
“Rəqib kefiyyətini göstərdi. Bizə uğurlu əks hücumlar etməyə imkan vermədilər. Hücumların təzyiqini artırataq qollar vurdular və oyunu dəyişdilər. Məncə, oyun kefiyyətinə görə üstünlüyü əldən verdik. Oyunun axırı olsaydı, deyərdim ki, gücümüz çatmadı, amma elə deyil”.
Mahmudov Azərbaycan Premyer Liqasında legioner limitinin ləğv etməsinin milli komandaya təsir etdiyini bildirib:
“Bu, çox böyük problemdir. Elə də çox futbolçumuz yoxdur. İstəyərik ki, yerli futbolçular oynasın. Oynamadıqları üçün fiziki və forma baxımından düşüş olur. Bunun əziyyətlərini matçlarda çəkirik”.
“Neftçi”nin və yığmanın kapitanı son oyunlarda erkən əvəzlənməsinin zədə ilə əlaqəli olduğunu bildirib:
““Kəpəz”lə oyunda zədə almışdım. “Qarabağ”la görüşdə oynamağım risk idi. Fikirləşirdim ki, oyuna çıxım-çıxmayım. Rəqib “Qarabağ” olduğuna görə çalışdım bacardığım qədər maksimum oynayım. Bir il əvvəl də belə olurdu. Daim zədələnirdim. Çünki zədələrim tam sağalmırdı. Buna görə də son oyunlarda 90 dəqiqə oynamağa risk etmədim. Çünki zədələr davam edəcəkdi. Son 15 gündə cəmi 2-3 məşqə çıxmışam. Bu da mənim üçün fiziki olaraq problem oldu”.
Heybət Məmmədov
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...










.webp)



























