İdman
İtaliya millisinin “qara gecə”si: 70 il sonra…
İtaliya millisinin DÇ-2026-nın seçmə mərhələsində Norveçə 1:4 hesablı məğlubiyyəti komanda tarixinə bir neçə mənfi göstərici kimi düşüb.
Publika.az xəbər verir ki, bu barədə “MisterChip” məlumat yayıb.
Norveç tarixi ərzində dünya çempionatlarının seçmə oyunlarında İtaliyanı onun meydanında məğlub etməyi bacaran cəmi ikinci komanda olub. Bundan əvvəl bunu yalnız Şimali Makedoniya 2022-ci ildə bacarmışdı - 1:0.
Üç top fərqi isə İtaliya millisinin rəsmi ev oyunlarındakı ən ağır məğlubiyyət rekordunun təkrarıdır. Son dəfə belə nəticə İsveç yığması tərəfindən qeydə alınıb. Skandinavlar İtaliyanı 3:0 hesabı ilə üstələyiblər.
Norveç həm də son 70 ildə İtaliyaya doğma meydanında 4 qol vurmağı bacaran ilk komanda olub. Oxşar nəticə son dəfə 1955-ci ildə İtaliya - Yuqoslaviya qarşılaşmasında qeydə alınıb - 0:4.
Heybət
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı





































