İdman
Haaland ulduz futbolçunun rekordunu təkrarladı
Norveç yığmasının hücumçusu Erlinq Haaland Avropa zonasında dünya çempionatının seçmə mərhələsində vurulan qollar üzrə rekordu təkrarlayıb.
Publika.az xəbər verir ki, İtaliya ilə qrup mərhələsinin son oyununda (4:1) dubl edən forvard seçmələrdə vurduğu qolların sayını 16-ya çatdırıb. Bununla da o, 2018-ci il dünya çempionatının seçmə mərhələsində 16 qol vurmuş Polşa yığmasının hücumçusu Robert Levandovskiyə çatıb.
Dünya çempionatının seçmə mərhələsində bir turnirdə ən çox qol vurmuş futbolçu isə İran millisinin sabiq yarımmüdafiəçisi Kərim Baqeridir. O, 1998-ci il mundialının seçmələrində 19 qolla rekord müəyyənləşdirib.
Norveç millisi 27 ildən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanıb. Komanda İtaliya, İsrail, Moldova və Estoniya ilə birgə yer aldığı qrupda birinci olub.
Heybət
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı





































