İdman
İngiltərə millisindən unikal nəticə: Bunu 71 il bacaran olmamışdı
İngiltərə futbol millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsinin qrup oyunlarını tarixindəki ən yaxşı nəticə ilə başa vurub.
Publika.az xəbər verir ki, bu barədə "OptaJoe" məlumat yayıb.
"Üçaslanlar" K qrupunda maksimum 24 mümkün xalın hamısını toplayaraq birinci yeri tutub və qapısından bir qol da buraxmayıb. Bu nəticə onlara mundiala birbaşa vəsiqə qazanmağa imkan verib.
Avropa seçmə mərhələsində belə nəticə sonuncu dəfə 1954-cü ildə təkrarlanmışdı. Həmin vaxt Yuqoslaviya 4 oyunluq seçmə mərhələni qol buraxmadan keçərək bütün görüşlərdə qalib gəlmişdi.
Bundan başqa, İngiltərə millisinin hazırda öz tarixinin ən uzun qələbə seriyası var – ardıcıl 11 rəsmi oyun.
Xatırladaq ki, bu ildən komandaya almaniyalı mütəxəssis Tomas Tuxel rəhbərlik edir. Onun rəhbərliyi altında İngiltərə yalnız bir dəfə – Seneqala qarşı yoldaşlıq görüşündə məğlub olub.
Heybət
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...











.webp)



























