İdman
Qvardiola “Barsa”nın prezidenti olmaq istəyir?
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubun prezidenti kimi “Barselona”ya potensial qayıdışı ilə bağlı sualı cavablandırıb.
Publika.az xəbər verir ki, Kataloniya klubu ilə dərin əlaqələri olan məşqçi bu barədə RAC-yə danışıb.
“Barsa” unikaldır, çünki hər kəsin öz fikri var. Klub daxilindəki insanlar bütün ajiotajlara diqqət yetirməlidirlər. Buna görə də bu, dünyanın ən böyük klubudur və ən xüsusi klubdur – çünki hamı onu təmsil etmək istəyir. Mən “Barselona”nı rədd etmirəm – biz həmişə haradan başladığımızı xatırlayırıq. Amma qalstuk taxıb prezident postunda oturmaq? Xeyr, mən özümü orada görmürəm”, – Pep deyib.
Qvardiolanın “Barselona” ilə zəngin tarixi var. Futbolçu kimi 1990-2001-ci illərdə klubda çıxış edib. 2008-2012-ci illərdə baş məşqçi kimi əsas komandaya uğurla rəhbərlik edib.
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...











.webp)



























