İdman
PSJ “Atletiko”nun ulduzunu hədəfə aldı: Bu qədər xərci var
PSJ “Atletiko” klubunun hücumçusu Yulian Alvaresin transferini nəzərdən keçirir.
Publika.az xəbər verir ki, Paris təmsilçisinin baş məşqçisi Luis Enrike 25 yaşlı argentinalını komandanın hücum xətti üçün potensial gücləndirmə variantı kimi görür. Klub artıq bir neçə həftədir futbolçunun transfer imkanlarını öyrənir.
Qeyd olunur ki, futbolçunun özü də Enrikenin rəhbərliyi altında oynamaqda maraqlıdır. Bu barədə jurnalist Saşa Tavolyeri məlumat verib.
Yulian Alvareslə “Barselona” və İngiltərə Premyer Liqasının bir neçə klubu da maraqlanır. Lakin mövcud məlumata görə, Argentina millisinin dünya çempionu İngiltərəyə qayıtmaq variantını nəzərdən keçirmir. O, klublar arasında razılıq əldə olunduğu halda PSJ-yə keçməyə hazırdır.
“Atletiko” hücumçusunun transferi ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır və bunun üçün 120 milyon avro məbləğində təzminat müəyyən edib. Cari mövsümdə Alvares La Liqa çərçivəsində 12 oyun keçirib, 7 qol vurub və 2 qol ötürməsi edib.
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...











.webp)



























