İdman
Futbolçular arasında kütləvi dava: Polis bibər qazı tətbiq etdi - FOTO
Argentina Primerasına çıxmaq hüququ uğrunda yarımfinal matçında “Deportivo Madrin” “Deportivo Moronu” 1:0 hesabı ilə məğlub edib.
Publika.az xəbər verir ki, əsas hadisələr isə oyun başa çatdıqdan sonra baş verib: komandaların oyunçuları arasında dava düşüb və polis müdaxilə etməli olub.
“Deportivo Moron”un futbolçuları hakim Pablo Eçavarrínin çıxışından qəzəbləniblər. Hakim meydan sahiblərinin qapısına cərimə zərbəsi təyin edib ki, bu da qola səbəb olub. Qonaqlar bu qərarı şübhəli hesab ediblər. Final fitindən sonra narazı futbolçular, məşqçilər və azarkeşlər məyusluqlarını şiddətli və təhlükəli şəkildə ifadə etmək üçün meydançaya soxulublar. Daha sonra sipər, bibər qazı ilə silahlanmış hüquq-mühafizə orqanlarının əməkdaşları sahəyə daxil olublar.
Futbolçulardan bəziləri polislə üzləşməyə cəhd göstərib, digər komanda yoldaşları isə münaqişəni həll etməyə çalışıb. Futbolçular polisə çox yaxınlaşdıqları üçün bibər qazı tətbiq edərək, onları geri çəkilməyə məcbur ediblər.
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...











.webp)



























