İdman
DÇ-2026-ya bilet almayın: Sizi ABŞ-a buraxmayacaqlar
ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, 2026-cı il dünya çempionatına bilet almaq azarkeşlərə avtomatik olaraq ölkəyə giriş vizasının verilməsini təmin etməyəcək.
Publika.az xəbər verir ki, o, bunu dünya çempionatına hazırlıq üzrə işçi qrupunun iclasında çıxışı zamanı deyib.
Bununla belə, Rubio qeyd edib ki, biletin mövcudluğu azarkeşlərə viza üçün müraciət etmək məqsədilə ABŞ konsulluğunda sürətləndirilmiş qaydada müsahibə üçün qeydiyyatdan keçməyə kömək edəcək. Bileti olan şəxslər üçün müsahibə müraciətdən 6-8 həftə sonra keçiriləcək.
Eyni zamanda, ABŞ prezidenti Donald Tramp artıq indidən viza üçün müraciət etməyi tövsiyə edib, çünki dünyanın 80% ölkəsi üçün gözləmə müddəti 60 gün təşkil edir.
Qeyd edək ki, DÇ-2026 11 iyundan 19 iyula qədər ABŞ, Kanada və Meksikada keçiriləcək.
Heybət
-
Sosial16:05Əmircanda bir qrup sakin niyə evlərindən çıxarıldı? - Foto
-
ABŞ14:35Tramp Obamanın İran siyasətini belə ələ saldı - Foto
-
Sosial14:10Aliment ödəməyənlər həbs edilməlidir? - Bir tikə çörəyiniz varsa...
-
Yaxın Şərq14:00Türkiyə aviaşirkəti yüzə yaxın dənizçinin cəsədini İrana gətirdi
-
Nida Xəbər 13:00Ziyafət Əsgərov: "Top” Ermənistan tərəfindədir" - Müsahibə
-
Nida Xəbər 12:55Xeyli sayda hindistanlı İrandan Azərbaycana təxliyə olundu
-
Qarabağ 12:40Xanobaya ilk köç yola salındı
-
İdman12:20Trampdan məşhur rusiyalı idmançı ilə bağlı maraqlı təklif - Video






































