İdman
8 yaşlı uşaq Arda Turana belə dərs verib: Mənə dedi ki...
Ukraynanın “Şaxtyor Donetsk” klubunun baş məşqçisi Arda Turan maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, o, bu mövsümdə yerli çempionatdakı yeganə məğlub olduqları oyunun hekayəsini danışıb. "Sky Sports"a müsahibə verən türkiyəli mütəxəssis “LNZ Çerkasi” ilə görüşdən (1:4) əvvəl gecəni sığınacaqda keçirdiklərini bildirib:
“Həyatda heç vaxt bəhanələrin arxasında gizlənən biri olmadım, amma proqnozlaşdıra bilmədiyimiz vəziyyətlər oldu. Bombalar düşdü və sığınacağa getdik. Qorxmadıq, sadəcə sevdiklərimiz üçün narahat idik. O gecə yuxusuz qaldıq. Oyunların hansı şəraitdə baş tutacağını bilmirik. Bizim üçün çox vacib bir oyun olduğuna görə üzgün idim”.

Arda Turan matçdan sonra müharibə nəticəsində ciddi xəsarətlər alan bir azyaşlı azarkeşin komandanı ziyarət etdiyini və onlara böyük dərs verdiyini bildirib:
“Evi bombalandıqdan sonra aldığı yaralar səbəbilə 35 əməliyyat keçirmiş Roman bizi ziyarətə gəldi. O mənə dedi ki, “üzülmə, həyatda yaxşı günlər də var, pis günlər də. Davam etməlisən”. Bu, 35 əməliyyat keçirmiş 8 yaşlı bir uşağın həyat dərsi idi.
Bəli, futbol önəmlidir. 100% performans göstərməliyik. Amma digər tərəfdən, futbol bir əyləncədir, həyat qədər real deyil. Fərqi başa düşməliyik. Mənə bu həyat dərsini verən Roman oldu. Onun üçün bu çempionluğu qazanmaq istəyirəm. Bunu bacarmaq indi mənim üçün bir yuxu kimidir”.
Heybət
-
Magazin102:42"Ən yaxşı cütlüy"ün NADİR FOTOLARI
-
Sosial02:12Ürəyi 45 dəqiqə dayanan qadın danışdı: "Həkimlər deyirlər ki, iki dəfə olub" - VİDEO
-
Səhiyyə00:306 aylıq körpəni saatlarla gözlətdilər - “Leyla Medical”a ağır ittiham
-
Magazin100:15Həmidə Ömərova ilk dəfə nəvəsinin FOTOSUNU PAYLAŞDI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni planlar sizi həyəcanlandıra bilər
-
Magazin213 Dekabr 22:40Azərbaycan Ermənistana 3 xal verdi, onlar isə...
-
MDB13 Dekabr 22:12Rusiyada azərbaycanlılara qarşı ƏMƏLİYYAT - Sabirabadlı avtoritet saxlanıldı
-
Magazin113 Dekabr 21:24Səsləri onların qızı elan edəcək - FOTO


































