İdman
Avropadan DÇ-2026-ya bu komandalar gedir: Pley-offçular da məlumdur
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında Avropanı təmsil edəcək 16 milli komandadan 12-si məlumdur.
Publika.az xəbər verir ki, həmin yığmalar seçmə mərhələdə öz qruplarının qalibi kimi mundiala birbaşa vəsiqə qazanıb, qalan 4 yer isə pley-off oyunlarında müəyyənləşdiriləcək.
Dünya çempionatına birbaşa vəsiqə qazanan Avropa yığmaları Almaniya, İsveçrə, Şotlandiya, Fransa, İspaniya, Portuqaliya, Niderland, Avstriya, Norveç, Belçika, İngiltərə və Xorvatiyadır.
Pley-offda ümumilikdə 16 komanda iştirak edəcək. 12 komanda – seçmə mərhələnin qrupunda ikinci yeri tutanlar və 4 komanda – Millətlər Liqasının qrup qaliblərindən (Avropa seçmə mərhələsində ilk iki yerə düşməyənlər) ibarətdir.
Qruplarda ikinci olan və pley-offa yüksələn komandalar: Slovakiya, Kosovo, Danimarka, Ukrayna, Türkiyə, İrlandiya, Polşa, Bosniya və Herseqovina, İtaliya, Uels, Albaniya, Çexiya.
Millətlər Liqası xətti ilə pley-offa yüksələnlər: Rumıniya, Şimali İrlandiya, İsveç, Şimali Makedoniya.
Bu 16 komanda dörd mini-qrupa bölünəcək və hər qrupda yarımfinal + final formatında bir oyunlu pley-off keçiriləcək.
Hər pley-off qrupunun qalibi mundialın final mərhələsinə yüksələcək. Pley-off yarımfinalı gələn ilin martın 26-da, final görüşəri isə 5 gün sonra baş tutacaq. Pley-offun püşkü isə noyabrın 20-də atılacaq.
Heybət
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı





































