İspaniya dünya rekordunu təkrarladı
Bizi izləyin

İdman

İspaniya dünya rekordunu təkrarladı

İspaniya dünya rekordunu təkrarladı

İspaniya yığması rəsmi oyunlarda əsas vaxtda məğlubiyyətsizlik seriyasını 31 matça çatdırıb.

Publika.az xəbər verir ki, bu göstərici dünya çempionatı-2026-nın Avropa zonası seçmə mərhələsinin 6-cı turunda Türkiyə ilə keçirilən qarşılaşmada (2:2) rəsmiləşib.

AS nəşrinin məlumatına görə, rəsmi oyunlarda 2023-cü ildən bəri rəqiblərinə uduzmayan Luis de la Fuente komandası İtaliya millisinin 2018–2021-ci illərdə müəyyənləşdirdiyi 31 oyunluq dünya rekordunu təkrarlayıb.

İspaniya millisi rəsmi qarşılaşmada sonuncu dəfə 2023-cü ilin martında Şotlandiyaya qarşı Avro-2024-ün seçmə mərhələsində uduzub. Görüş 0:2 hesabı ilə başa çatıb.

Bu müddət ərzində yığma 2023-cü il Millətlər Liqasını və 2024-cü il Avropa çempionatını qazanıb.

Qeyd edək ki, de la Fuentenin komandası 2026-cı il futbol üzrə dünya çempionatına (ABŞ, Kanada və Meksika) vəsiqə qazanıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm