İdman
"Barselona"nın ulduzu etiraf etdi: Mənim günahım idi
“Barselona”nın yarımmüdafiəçisi Rafinya Çempionlar Liqasında “Çelsi” ilə qarşılaşma ərəfəsində budun arxa hissəsinin (ikibaşlı əzələ) zədəsindən sağalma prosesindən danışıb.
Publika.az xəbər verir ki, o, bu dövrün onun üçün çox ağır keçdiyini deyib:
“Çox çətin anlar yaşadım. Mən daim meydana çıxmaq, komandama maksimum kömək etmək istəyən futbolçulardanam. Amma bu iki ay oyunsuz qalmaq həqiqətən çox çətin oldu.
Hazırda yenidən tam hazır vəziyyətə qayıtmaq üçün çalışıram. Bu, əzələ zədəsidir və belə zədələrdən sonra bərpa prosesi həmişə çətin olur. Özünü əla hiss edirsən, düşünürsən ki, artıq əvvəlki səviyyədəsən, amma həmin anda yenidən zədə ala bilərsən. Mənim başıma da elə bu gəldi. Ən yaxşı fiziki durumumu bərpa etməyə çalışıram ki, yenidən 100% hazır olum və komandaya kömək edim.
Məndə iki dəfə zədənin təkrarlanması oldu. Birincisi mənim günahım idi, ikincinin məsuliyyətini də üzərimə götürürəm. Hər ikisində tez qayıtmaq istədim və bu, mənim səhvimdir”.
Braziliyalı futbolçu ötən şənbə günü La Liqada “Atletik”lə oyun zamanı (4:0) cəmi 9 dəqiqə meydanda olub. Buna qədər o, 2 ay ərzində zədəyə görə meydana çıxmamışdı.
28 yaşlı futbolçu bu gün keçiriləcək və Bakı vaxtı ilə 00:00-da başlayacaq Çempionlar Liqasının “Çelsi” ilə səfər oyunu üçün “Barselona”nın iştirak ərizəsinə daxil edilib.
Heybət
-
Dünya22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
















.jpg)



















