İdman
"Barselona" darmadağın edildi
Londonun "Çelsi" klubu Çempionlar Liqasının 5-ci turunda "Barselona"nı darmadağın edib.
Publika.az xəbər verir ki, görüş Londonda baş tutub və 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. İlk avtoqolu Jules Kounde (27-ci dəqiqə), Estevan Villian (55) və Liam Delap (73) vurub.
44-cü dəqiqədən etibarən qonaqların sayı on nəfərə düşüb. İspaniyalı müdafiəçi Ronald Araujo ikinci sarı vərəqə alaraq meydandan qovulub.
"Çelsi"nin on xalı var və beş turdan sonra liqa cədvəlində beşinci yerdədir. “Barselona” 7 xalla 14-cü yerdədir. Növbəti turda İspaniya klubu dekabrın 9-da Almaniyanın “Ayntraxt Frankfurt” klubunu qəbul edəcək, ingilislər isə həmin gün İtaliyanın “Atalanta”sı ilə səfərdə qarşılaşacaq.
2026-cı il Çempionlar Liqasının finalı 30 may 2026- cı ildə Budapeştdəki Ferens Puşkaş stadionunda keçiriləcək. Çempionlar Liqasının hazırkı qalibi Fransanın PSJ klubu finalda İtaliyanın “İnter” klubunu 5:0 hesabı ilə məğlub edib.
Hüseyn İbadlı
-
Dünya22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür














.jpg)





















