İdman
İllər sonra ÇL-də qol vurdu, tarixə düşdü
Kiprin “Pafos” klubunun müdafiəçisi David Luiz UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 5-ci turunda fərqlənib.
Publika.az xəbər verir ki, 38 yaşlı futbolçu “Monako” ilə 2:2 hesabı ilə başa çatan oyunda qol vurub. O, qarşılaşmanın 18-ci dəqiqəsində komandasını hesabda irəli çıxarıb. Bu qol David Luizin 2017-ci ildən bəri Çempionlar Liqasında vurduğu ilk qol olub. Həmin vaxt o, “Çelsi”nin heyətində çıxış edirdi.
Bu qol sayəsində David Luiz Çempionlar Liqasının tarixinə turnirdə qol vuran ən yaşlı ikinci futbolçu kimi düşüb. Siyahının lideri 40 yaş 253 günlük ikən fərqlənən portuqaliyalı müdafiəçi Pepedir.
Braziliyalı futbolçu bu mövsüm “Pafos”a qoşulub.
Heybət
-
Dünya22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
















.jpg)



















