İdman
"Napoli" ilə oyunda "Qarabağ"ın futbolçuları arasında dava: Səbəb nə olub? - VİDEO
"Qarabağ"ın futbolçuları Marko Yankoviç və Pedro Bikalyo mübahisə edib.
Publika.az-ın məlumatına görə, bu, UEFA Çempionlar Liqasının 5-ci turunun "Napoli" ilə oyunu zamanı baş verib. Onlar arasında gərginlik 56-cı dəqiqədə İtaliya təmsilçisi penalti yerinə yetirərkən yaşanıb.
Futbolçular bir-birilərinin üzərinə qəzəbli şəkildə şığıyıblar. Komanda yoldaşları onları dərhal sakitləşdiriblər və gərginliyin artmasına imkan verməyiblər.
Yarımmüdafiənin mərkəzində tandem təşkil edən futbolçular, böyük ehtimalla penalti epizodunda bir-birilərini günahkar çıxarmağa çalışıblar. Bikalyo Yankoviçin rəqib futbolçu ilə mübarizədə kobudluq edərək 11 metrlik cərimə zərbəsinə səbəb olmasından, monteneqrolu futbolçu isə braziliyalı komanda yoldaşının rəqib hücumu zamanı mövqe səhvinə yol verməsindən narazı qalıb.
Qeyd edək ki, görüş "Napoli"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Heybət
-
Hadisə21:00Azərbaycanda yas mərasimində kütləvi zəhərlənmə baş verdi
-
Magazin120:00300-dən çox sevgi məktubunu saxlamışdım, indi də yaraşığım qalıb... - Xalq artisti
-
Sosial18:50Gürcüstana gedənlərin diqqətinə - 12 manatlıq sığorta nələri qarşılayır?
-
Sosial16:49Qubada Vətən Müharibəsi abidəsi baxımsız vəziyyətdədir - İcra hakimiyyəti isə deyir ki... - Fotolar
-
Cənubi Qafqaz16:16Paşinyanın qəribə davranışı gündəm oldu - VİDEO
-
Sosial15:03Bakı-Tbilisi qatarının qiyməti açıqlandı - Rəsmi
-
Rəsmi xronika14:36Prezident bu quruma yeni səlahiyyət verdi
-
Rəsmi xronika13:55İlham Əliyev fərman imzaladı






.jpg)






























