İdman
"Qarabağ"ın futbolçuları ÇL-in ən yaxşıları arasında
"Qarabağ"ın futbolçuları UEFA Çempionlar Liqasının bir neçə statistik göstəricisində ön sıralarda yer alır.
Publika.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Pedro Bikalyo turnirdə top qazanma sayına görə liderlər arasında qərarlaşıb. Braziliyalı futbolçu beş oyun ərzində 11 dəfə rəqibdən top alaraq bu göstəricidə üçüncü pillədədir.
Ağdam klubunun digər üzvü Kadi Borges isə 10 top qazanma ilə siyahıda beşincidir. Bu göstəricidə lider "Atletik Bilbao"nun futbolçusu Aytor Paredesdir – 13 top qazanma.
Komandanın digər futbolçusu Bəhlul Mustafazadə isə Çempionlar Liqasının ən çox blok edən oyunçuları arasında fərqlənir. Müdafiəçi 5 tur ərzində 8 zərbəni bloklayaraq ikinci pillədə qərarlaşıb. O, yalnız "Pafos"un braziliyalı futbolçusu David Luizdən (12) geri qalır.
Heybət
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial1 Aprel 14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial1 Aprel 14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial1 Aprel 13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür

















.jpg)


















