İdman
"Qarabağ"a qol vuran futbolçu "Barselona"nın formasında: Gündəm oldu - FOTO
"Çelsi"nin ulduzu Estevao Uillian 2 il əvvəl “Palmeyras”ın gənclər komandasında çıxış edirdi, amma artıq gələcəyin ulduzu hesab olunurdu.
Publika.az xəbər verir ki, həmin vaxt ona "Barselona"da çıxış edən Pedrinin forması hədiyyə edilmişdi və yeniyetmə futbolçu həmin formanı əlində tutaraq sevinc içində şəkil çəkdirmişdi.
Bu şəkil illər sonra yenidən gündəm olub. Çünki Estevao Çempionlar Liqasında “Çelsi”yə “Barselona” üzərində 3:0 hesablı qələbə qazandırıb. O, görüşdə qol və assistə imza atıb. Həmçinin onun vaxtilə dediyi sözlər yada düşüb:
“Ən böyük arzum "Barselona"da oynamaqdır. Onların demək olar hər oyununa baxıram. Klubun azarkeşiyəm. Ümid edirəm ki, bir gün orada oynayacağam”.
“Barselona” onun istedadından xəbərdar idi, amma transferi reallaşdıra bilməyib. Buna səbəb maliyyə imkanlarının yetərsizliyi olub. Elə həmin mövqedə Lamin Yamal yüksəlişə keçib. Nəticədə katalonlar Estevaonun əvəzinə Vitor Rokeni transfer ediblər.
Qeyd edək ki, Estevao son zamanlar "Çelsi"də məhsuldar çıxış edir. Onun aktivində 5 qol var. Braziliyalı ulduz ÇL-in 4-cü turunda Bakıda keçirilən "Qarabağ"la görüşdə də (2:2) qol vurmağı bacarmıdı.
Heybət

-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial1 Aprel 14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial1 Aprel 14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial1 Aprel 13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür

















.jpg)


















