İdman
Neymar əməliyyatdan niyə imtina edir?
“Santos”un hücumçusu Neymar Braziliya çempionatında komandanın yaşamaq uğrunda mübarizəsinə kömək etmək üçün ağrılara baxmayaraq oynamağa hazırdır.
Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Mənbənin sözlərinə görə, 33 yaşlı braziliyalının sol dizindəki menisk zədəsini müalicə etmək üçün artroskopik əməliyyata ehtiyac var. Amma o, bundan imtina edir.
Həkimlərin tövsiyələrinə baxmayaraq, "sambaçı" 26 noyabrda “Santos”la birgə məşqə çıxıb və 29 noyabrda “Sport Resifi”yə qarşı keçiriləcək çempionat oyununa sifarişə daxil ola bilər.
Qeyd edək ki, “Mirasol”la (1:1) görüşün sonunda Neymar dizində narahatlıq hiss edib. O, 35-ci turda “İnternasional”la (1:1) oyunu buraxıb.
“Santos” 35 turdan sonra 38 xalla Braziliya çempionatının turnir cədvəlində 17-ci yerdədir və hazırda düşmə zonasındadır. Komandanın mövsümün sonunadək daha üç oyunu qalıb.
2025-ci il mövsümündə Neymar 25 matçda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial1 Aprel 14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial1 Aprel 14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq



































