İdman
Məşhur futbolçu depressiyaya düşüb: Səbəb nədir?
“Barselona”nın mərkəz müdafiəçisi Ronald Arauxo Çempionlar Liqasında “Çelsi”yə qarşı keçirilən və 0:3 hesabı ilə ağır məğlubiyyətlə başa çatan son oyunun əsas günahkarı sayılıb.
Publika.az xəbər verir ki, uruqvaylı futbolçu Londondakı səfər oyununda iki sarı vərəqə alaraq 44-cü dəqiqədə meydandan qovulub. Azlıqda qalan “Barsa” rəqibin təzyiqinə tab gətirə bilməyib və daha 2 qol buraxıb.
“CatalunyaRadio”nun məlumatına görə, matçdan bir neçə gün keçməsinə baxmayaraq, Arauxo hələ də dərin depressiv vəziyyətdədir və baş verənləri qəbul etməkdə çətinlik çəkir.
Futbolçu əvvəllər də buna bənzər situasiyalarla üzləşdiyi üçün azarkeşlərin sərt tənqidlərinə hədəf olub. “Çelsi” ilə görüşdəki qırmızı vərəqə isə mərkəz müdafiəçisi ətrafında narazılığın yenidən artmasına səbəb olub.
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial1 Aprel 14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial1 Aprel 14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq



































