İdman
39 yaşlı Ramos Avropaya qayıdır
Serxio Ramos DÇ-2026-da iştirak etmək niyyətindədir.
Publika.az xəbər verir ki, 39 yaşlı Ramos müqaviləsi başa çatdıqdan sonra “Monterrey”dən ayrılmağa hazırlaşır.
“El Chiringuito” yazır ki, müdafiəçi Meksika klubundan ayrılmağa hazır olsa da, karyerasını bitirmək niyyətində deyil. O, uyğun təklif almaq şərti ilə İspaniya və ya başqa bir Avropa klubunda oynamaq istəyir.
Qeyd olunur ki, Ramosun bu qərarına iki amil təsir edib: birincisi, onun ailəsi Pireney yarımadasında Meksikadan daha rahatdır, ikincisi, onun dünya çempionatında oynamaq istəyidir.
39 yaşlı futbolçu hesab edir ki, mütəmadi olaraq yüksək səviyyədə və üslubuna görə İspaniya çempionatına oxşar çempionatda oynasa, Avropa çempionlarının baş məşqçisi Luis de la Fuentenin diqqətini cəlb edə bilər.
Ramos sonuncu dəfə 2021-ci ildə İspaniya yığmasında çıxış edib.
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial1 Aprel 14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır



































