İdman
Laporta “Real”dan danışdı: Biabırçılıqdır
“Barselona”nın prezidenti Xuan Laporta “Real”ın televiziyasını tənqid edib.
Publika.az xəbər verir ki, o bildirib ki, Madrid klubuna bağlı media hər həftə “kral klubunun” əleyhinə olan hakim səhvlərini göstərən videolar hazırlayaraq hakimlərə təzyiq göstərməyə çalışır.
Laportanın sözlərini jurnalist Jerar Romero X sosial şəbəkəsində yayıb: “Baxın, ‘Real’ televiziyası nə ilə məşğuldur. Həftəbası hakimlərə təsir etməyə çalışırlar. Bu biabırçılıqdır. Hakimlər üzrə texniki komitənin (CTA) prezidentlərinə baxın — hamısı “Real”la bağlı şəxslərdir, keçmiş direktorlar və ya keçmiş futbolçular”.
Xatırladaq ki, bir müddət əvvəl “Real”ın prezidenti Florentino Peres “Barselona”nı tənqid etmişdi. Kataloniya klubu əvvəlki Hakimlər üzrə Texniki Komitənin (CTA) vitse-prezidenti Xose Maria Neqreyraya verilən ödənişlərlə əlaqədar rüşvətdə ittiham olunmuşdu. “Barselona”nın bu ödənişləri 2001–2018-ci illər arasında etdiyi iddia olunurdu.
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı



































