İdman
Messi Hindistana gedir - Səbəbini açıqladı
Lionel Messi rəsmi şəkildə bir neçə həftəyə Hindistanda «G.O.A.T India Tour 2025» adlı böyük tura yollanacağını təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə argentinalı superulduz “Instagram” səhifəsində məlumat verib.
Paylaşım dərhal hindistanlı azarkeşlər arasında böyük coşğu yaradıb.
Messinin sözlərinə görə, marşruta daha bir şəhər – Haydarabad əlavə olunub. O, əvvəlcədən açıqlanan Kalkutta, Mumbay və Delli ilə birlikdə turun dayanacaqlarından biri olacaq. Tur Messinin karyerasına və dünya futboluna təsirinə həsr olunan ictimai tədbirlərdən, fan-laynlardan və xüsusi proqramlardan ibarət olacaq. Tur 13–15 dekabr tarixlərini əhatə edəcək.
Messi azarkeşlərin sevgisinə görə təşəkkür edərək yazıb: “Təşəkkürlər, Hindistan! Tezliklə görüşərik!”.
Təşkilatçılar möhtəşəm şou vəd edir və turun azarkeşlərin bütün ömrü boyu xatırlayacağı bir tədbir olacağını bildirirlər. Gözlənilir ki, biletlər bir neçə saat ərzində tükənəcək.
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial1 Aprel 14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır



































