İdman
İTV Ertem Şenerin müraciətini qəbul etmədi
Türkiyəli şərhçi Ertem Şenerin "Qarabağ"ın İtaliyadakı oyununda şərhçi olmamasının səbəbi bilinib.
Publika.az Sportal.az-a istinadən xəbər verir ki, Ertem Şener şərh etmək məqsədilə "Qarabağ"ın səfər oyunlarını yayımlayan İTV-yə müraciət edib.
Lakin telekanal rəhbərliyi bu təklifə razılıq verməyib.
Qeyd edək ki, Ertem Şenerin "CBC Sport" telekanalında efirə gedən "Qarabağ" - "Çelsi" oyununda şərhçilik etməsi bu sahədə ilk olmuşdu. Tanınmış türk şərhçinin Pərviz Musayevlə tandemi ictimaiyyət tərəfindən də müsbət qarşılanmışdı.
Həmin oyundan sonra məlumat yayılmışdı ki, Ertem Şener bu mövsüm "Qarabağ"ın Çempionlar Liqasında qalan oyunlarında da şərhçilik edəcək. Lakin İTV telekanalı ilə yayımlanan "Napoli" - "Qarabağ" matçında ənənəvi mənzərə müşahidə olundu. Matçı Tural Dadaşovun şərhində izlədik.
Əlavə edək ki, Ertem Şenerin "Qarabağ"ın növbəti ev oyunlarında şərhçi kimi iştirakı gözlənilir.
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial1 Aprel 14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial1 Aprel 14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq



































