İdman
“Borussiya Dortmund” səfərdə “Bayer Leverkuzen”i məğlub etdi
“Borussiya Dortmund” Bundesliqanın 12-ci turunda səfərdə “Bayer Leverkuzen” ilə qarşılaşıb.
Publika.az xəbər verir ki, görüşdə Dortmund təmsilçisi qələbə qazanıb – 2:1. Oyunun 41-ci dəqiqəsundə “Borussiya Dortmund”un müdafiəçisi Aaron Anselmino baxımlı baş zərbəsi ilə hesabı açıb. Matçın 65-ci dəqiqəsində dormundlular hesab arasındakı fərqi iki topa çatdırıblar. Bu dəfə hücumçu Karim Adeyemi başla dəqiq oynayıb – 2:0. “Bayer Leverkuzen” qarşılaşmanın 83-cü dəqiqəsində Kristian Mişel Kofanenin qolu ilə hesab arasındakı fərqi minimuma endirib – 1:2. Matç bu hesabla da başa çatıb.
Bu oyun komandaların turnir cədvəlindəki mövqelərində yerdəyişmə ilə nəticələnib. “Borussiya Dortmund” 25 xalla üçüncü sıraya yüksəlib. Aktivində 23 xal olan “Bayer Leverkuzen” isə dördüncü pilləyə düşüb.
Çempionata 34 xalla “Bavariya” liderlik edir”. “Leyptsiq” 26 xalla ikinci sırada yer alıb.
Bundesliqanın 12-ci turuna bazar günü keçiriləcək “Hamburq” – “Ştutqart”, “Ayntraxt Frankfurt” – “Volfsburq” və “Frayburq” – “Maynts” görüşləri ilə yekun vurulacaq.
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial1 Aprel 14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır



































