İdman
“Bavariya”dan növbəti qələbə
“Bavariya” Bundesliqanın 12-ci turunda öz meydanında “St Pauli” ilə qarşılaşıb.
Publika.az xəbər verir ki, görüşdə hesabı matçın 6-cı dəqiqəsində qonaqlar açıblar. Lakin Münxen təmsilçisi ilk hissənin sonunda - 44-cü dəqiqədə Rafael Qerreronun qolu ilə hesabı bərabərləşdirib. “Bavariya” oyunun əsas vaxtına əlavə olunmuş hissədə Luis Diaz (90+3) və Nikolas Ceksonun (90+6) qolları ilə qələbə qazanıb - 3:1.
Günün digər oyunlarında “Hoffenhaym” öz meydanında “Auqsburq”un qapısından üç cavabsız top keçirib. Paytaxt təmsilçisi “Union Berlin” ev oyununda “Haydenhaym”a uduzub - 1:2. “Verder Bremen” - “Köln” görüşündə qalib müəyyənləşməyib - 1:1.
Günə “Bayer Leverkuzen” - “Borussiya Dortmund” oyunu ilə yekun vurulacaq.
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi


































