İdman
Tualetdə geyinməli oldum - Əfsanə ərəbləri tənqid etdi
Əfsanəvi snookerçi Con Hiqqins Ər-Riyadda baş tutan Ər-Riyad çempionatının təşkilindən narazı qalıb.
Publika.az xəbər verir ki, o, paltardəyişmə otaqları olmadığı üçün tualetdə geyinmək məcburiyyətində qaldığını bildirib.
Şotlandiyalı bu barədə “Sportinglife.com” saytına açıqlamasında bildirib.
“Nəsə etmək lazım idi. Turnirin keçirildiyi yerdən bir saatlıq yolda qalırdım və hazırlaşmaq üçün paltarımı götürüb maşını oraya sürdüm. Turnirin direktorundan paltardəyişmə otaqlarının olub-olmadığını soruşdum. O dedi ki, tualetdə və ya qara pərdənin arxasındakı pilləkənlərdə dəyişə bilərəm.
Bu normal deyil. Paltardəyişmə otaqları, idmançılar üçün daha çox yer olmalıdır.
Biz başa düşürük ki, bu, böyük pulların xərcləndiyi inanılmaz bir hadisədir, lakin oyunçuların tədbirə hazırlaşdığı pərdə arxasındakı şərait dəhşətli idi”, – 50 yaşlı əfsanə deyib.
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial1 Aprel 14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır



































