İdman
“Latsio” boykot etdi: “Milan”la oyunda nə baş verib?
“Latsio” “Milan” 0:1 hesablı məğlubiyyətdən sonra klub nümayəndələri media qarşısına çıxmamağı qərara alıblar.
Publika.az xəbər verir ki, Komandada tam sükut hökm sürür. Romalıların narazılığına əsas səbəb kompensasiya olunmuş dəqiqələrdəki epizod olub. Son anlarda “Milan”ın müdafiəçisi Straxinya Pavloviçin cərimə meydançasında topa əli dəydiyi görünüb.
Baş hakim Kollu VAR monitoruna çağırılıb, lakin epizodu izlədikdən sonra penalti təyin etməməyə qərar verib. O, qolun təbii mövqedə olduğunu və bu vəziyyətdə cərimə tələb etmədiyini düşünüb.
Bu qərar “Latsio”nun hesabı bərabərləşdirmək imkanını əlindən alıb. Final fitindən dərhal sonra klub rəhbərliyi heç bir açıqlama verməmək qərarı verib.
Baş məşqçi Mauritsio Sarri də oyunsonrası mətbuat konfransına qatılmayıb. Heç bir futbolçu media nümayəndələrinin dayanıb suallarını cavablandırmayıb. Klub rəsmiləri də hər hansı şərhdən uzaq durublar. Bununla “Latsio” hakimlikdən narazılığını sərt şəkildə ifadə edib.
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı



































