İdman
"Bayern"dən texnoloji inqilab: İlk klub oldu ki...
"Bayern" özünə məxsus süni intellekt platformasından istifadə etməyə başlayan ilk klub olub.
Publika.az xəbər verir ki, bu barədə "Welt" məlumat yayıb.
Klubun əməkdaşlarına iş məqsədilə "ChatGPT"dən istifadə qadağan edilib. Artıq Münhen klubunun daxili süni intellekt sistemi klubun müxtəlif sahələrində, xüsusilə hüquq şöbəsində və azarkeşlərlə işləmə xidməti daxil olmaqla tətbiq olunur.
Hazırda təxminən klubun ümumi işçi sayının üçdə bir hissəsi - 300 əməkdaş bu platformadan istifadə edir. Süni intellekt alətlərinin klubun bütün bölmələrinə inteqrasiyası üzərində iş davam edir.
"Bəzi süni intellekt platformalarından, məsələn "ChatGPT"dən istifadəni əməkdaşlar üçün qadağan etməyə başladıq. Bu, onların öz platformamızı istifadə etməsinə şərait yaratmaq üçündür. Üstəlik, bu, özəl bulud sistemi əsasında işləyir.
Düşünürdük ki, bu qərarla bağlı böyük narazılıq olacaq, amma belə olmadı. Əməkdaşlar bu çevik və sadə həll variantından razıdırlar", - deyə Münhendə keçirilən ISPO sərgisində "Bavariya"nın rəqəmsal fan əlaqələri üzrə rəhbəri Tomas Eşeman bildirib.
Heybət
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi


































