İdman
Ağ Ev rəsmən açıqladı: Bu ölkələrdən olan azarkeşlər DÇ-2026-ya buraxılmayacaq
Ağ Ev Haiti və İran azarkeşlərinin 2026-cı ildə ABŞ-da keçiriləcək dünya çempionatına buraxılmayacağını bəyan edib.
Publika.az xəbər verir ki, hər iki ölkə tam viza qadağası tətbiq edilən dövlətlərin siyahısında yer alır. Ağ Evin dünya çempionatı üzrə işçi qrupuna rəhbərlik edən Endryu Culiani bildirib ki, potensial təhlükə hesab edilən şəxslərə viza verilməyəcək, lakin turnirdən sadəcə həzz almaq istəyən xarici turistlərin qəbul olunacağını vurğulayıb. ABŞ mundial zamanı 5-7 milyon turistin gəlməsini gözləyir.
Bu arada, prezident Tramp miqrasiya əleyhinə ritorikasını sərtləşdirib, somaliləri "zibil" adlandırıb və münaqişə zonalarından gələn qaçqınların "yalnız şikayət etdiyini" deyib. Culiani prezidentin fikirlərini Trampın özünəməxsus üslubu kimi müdafiə edərək, onun əcnəbilərə münasibəti ilə bağlı tənqidləri uydurma narrativ adlandırıb.
Viza qadağasına baxmayaraq, Haiti və İran milli komandalarının ölkəyə girişinə xüsusi icazə veriləcək. Trampın qadağa tətbiq edilən ölkələrin sayını 19-dan 30-a yüksəltməsi gözlənilir ki, bu da daha çox azarkeş qrupunun səfər imkanlarını məhdudlaşdıra bilər.
Bundan başqa, ABŞ immiqrasiya orqanlarının, xüsusilə Cənubi və Mərkəzi Amerika komandalarının oyunlarında ICE reydləri keçirə biləcəyi ilə bağlı narahatlıqlar artıb. Culiani bu ehtimalın istisna edilib-edilməməsi ilə bağlı suala cavabında deyib: "Prezident ABŞ vətəndaşlarının təhlükəsizliyini artıracaq heç bir addımı istisna etmir".
Heybət
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi


































