İbra azarkeşlərin rəylərini cavablandırdı: Bu nə zarafatdır?
Bizi izləyin

İdman

İbra azarkeşlərin rəylərini cavablandırdı: Bu nə zarafatdır?

Əfsanəvi futbolçu Zlatan İbrahimoviç uzun müddətdir H&M ilə əməkdaşlıq edir.

Publika.az xəbər verir ki, yeni kolleksiyanın təqdimatı münasibətilə brend isveçli sabiq hücumçuya azarkeşlərin yazdığı şərhləri oxumağı təklif edib. Nəticə əla alınıb.

Zlatan azarkeşlərin gülməli şərhlərinə daha da əyləncəli, özünəməxsus üslubda cavab verib.

Gəlin İbranın sitatlarına baxaq:

Azarkeş: "Zlatan qaydalara əməl etmir. Qaydalar Zlatana əməl edir".
İbrahimoviç: "Zlatan özü qaydadır. Tamamilə doğrudur".

Azarkeş: Mən onun təbəssümünü çox sevirəm!"
İbrahimoviç: "Təşəkkürlər. Razıyam, mən də öz təbəssümümü sevirəm".

Azarkeş: "Zlatan güzgüyə baxanda öz əksini görmür, çünki dünyada yalnız bir Zlatan var".
İbrahimoviç: "İki Zlatan ola bilməz. Yalnız bir var. Hər şey düzgündür".

Azarkeş: "Zlatan məktəbdə oxuyanda müəllimlər onunla danışmaq üçün əl qaldırmalıydılar".
İbrahimoviç: "Yox. Onlar sual vermək üçün mənim qarşımda yalvarmalı idilər".

Azarkeş: "Zlatansız dünya necə olardı?"
İbrahimoviç: "Bunu heç vaxt öyrənə bilmərik".

Azarkeş: "Futbola geri dönüb oynaya bilərsən?"
İbrahimoviç: "Mənim "son istifadə tarixim" tezliklə bitir, amma kimsə kömək istəyirsə, mən hazıram. Bu mənim xarakterimdir".

Azarkeş: "Zlatan" sözünü şifrə kimi istifadə etmək olar? O çox güclü alınar".
İbrahimoviç: "Xeyr, o qədər də güclü deyil".

Azarkeş: "Zlatan meydanda kimdənsə qorxub?"
İbrahimoviç: "Xeyr. Bu nə zarafatdır?"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm