Region
Rusiyalı dənizçilər İranda girov saxlanılır: Nə baş verir?
Rusiya dənizçiləri İran limanında gəminin göyərtəsində sıxışaraq çətin vəziyyətdə qalıblar.
Publika.az "Shot" "Telegram"a istinadən xəbər verir ki, onlara altı aydır maaş verilmir və üstəgəl gəmidən enmək də qadağandır.
Ekipaj üzvlərindən birinin sözlərinə görə, dənizçilər altı ay əvvəl İran şirkəti ilə rəsmi müqavilə imzalayıblar. Müqavilədə onların dörd ay işləyəcəkləri, beşinci ayda gəmini tərk edə biləcəkləri ilə bağlı bənd olub.
Bildirilir ki, müqavilə şərtlərinə baxmayaraq, işəgötürən ödənişləri gecikdirərək şərtləri pozmağa başlayıb. Sentyabrda gəmi İranın Əmirabad limanına çatıb, lakin ekipajın düşməsinə icazə verilməyib, faktiki olaraq girov saxlanılıb.
Qeyd edək ki, dənizçilərin səhhəti də təhlükə altında qalıb. Belə ki, onlardan birinin sağlamlıq vəziyyəti olduqca ağırlaşıb. Oktyabr ayında isə rusiyalı dənizçi tibbi məzuniyyət üçün müraciət etsə də, şirkət rəhbərliyi onun xahişinə məhəl qoymayıb.
Son məlumata görə, dənizçilər hələ də gəmidə maaş almadan qalırlar və evə qayıtmaq üçün heç bir şans yoxdur.
Adəm
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı



































