Region
Ermənistanda “keşiş ovu” - Xaçatryan haqqında da həbs qərarı verildi
Ermənistan məhkəməsi cümə axşamı saxlanılan Eçmiədzin dəftərxanasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryan haqda iki aylıq həbs qətimkan tədbiri seçib.
Publika.az xəbər verir ki, qərar hakim Masis Melkonyan tərəfindən çıxarılıb və bununla da müstəntiqlərin vəsatəti təmin edilib.
Xaçatryan dekabrın 4-də saxlanılıb, bu barədə vəkili Arsen Babayan məlumat verib.
Vəkil bildirib ki, müstəntiqlərin fikrincə, 2018-ci ildə yepiskop guya kiməsə bütün ermənilərin katolikosu II Qareginin taxtdan əl çəkməsi tələbi ilə etiraz aksiyası keçirən fəalın çantasına narkotik maddə atması əmri verib. Xaçatryanın bunu etirazçıları gözdən salmaq üçün etdiyi iddia edilir. Vəkil onu da qeyd edib ki, ona qarşı irəli sürülən ittihamın (narkotik alveri) istintaqın özünün təsvir etdiyi hadisə ilə heç bir əlaqəsi yoxdur.
Qeyd edək ki, bu, artıq erməni kilsəsinin nəzarətə götürülən dördüncü yüksək rütbəli iyerarxıdır.
Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan, arxiyepiskop Mikael Ajapaxyan və Araqatsotn yeparxiyasının primatı yepiskop Mkrtiç Proşyan hazırda istintaq təcridxanasındadır.
Tural
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı

































