Region
İran müsəlman ölkəsini buna görə qazsız qoyub - SƏBƏBİ AÇIQLANDI
İran hakimiyyəti qonşu İraqa qaz tədarükünün tam dayandırılmasının əsas səbəbləri kimi qış mövsümündə havaların soyumasını və texniki nasazlıqları göstərib.
Publika.az xəbər verir ki, bu barədə INA agentliyi İraq Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Əhməd Musanın açıqlamasına istinadla məlumat yayıb.
O bildirib ki, İraqda bu xammal əsasən elektrik enerjisi istehsalı üçün istifadə olunur.
Onun sözlərinə görə, qaz tədarükü dayandırılmadan əvvəl də kifayət qədər olmayıb və razılaşdırılmış gündəlik 25 milyon kubmetr əvəzinə cəmi 5 milyon kubmetr təşkil edib.
Musa əlavə edib ki, bunun nəticəsində Bağdad və İraqın mərkəzi bölgələri artıq İran qazı ilə təmin olunmur, qaz yalnız cənub rayonlarına paylanırdı.
Nazirliyin mətbuat xidmətinin rəhbəri qeyd edib ki, qaz tədarükünün olmaması səbəbindən İraq 4 min–4,5 min kilovat həcmində elektrik enerjisi itkisi ilə üzləşib.
Dekabrın 23-də İraq Energetika Nazirliyi texniki səbəblərə görə ölkəyə İrandan qaz tədarükünün dayandırıldığını elan edib.
Tehranda isə bildirilib ki, tədarük ölkənin bir sıra enerji obyektlərində yaranmış texniki problemlər səbəbindən müvəqqəti olaraq dayandırılıb.
Hüseyn İbadlı
-
Magazin120:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu












.webp)

.jpg)






















