Region
Türkiyə generalın öldüyü təyyarə qəzasını araşdırmağa başladı - "Qara qutu" açılır
Türkiyəli mütəxəssislər Liviyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Əli Əhməd əl-Həddadın da göyərtəsində olduğu qəzaya uğramış "Falcon 50" biznes təyyarəsinin bort yazıcılarının (qara qutularının) araşdırılmasına başlayıblar.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyinə istinadla "Associated Press" məlumat yayıb.
Bildirilir ki, istintaq Liviya rəsmiləri ilə koordinasiya şəraitində aparılır. Türkiyə qurumunun məlumatına görə, təyyarənin qalıqları üç kvadrat kilometr əraziyə səpələndiyindən axtarış işləri çətinləşib.
Daha əvvəl Liviya hakimiyyəti özəl təyyarənin qəzaya uğraması ilə əlaqədar rəsmi olaraq üç günlük matəm elan edib.
"Falcon 50" Ankara Esenboğa beynəlxalq hava limanından havaya qalxdıqdan sonra radarlardan itib. Həmin vaxt Liviya nümayəndə heyəti Türkiyədə rəsmi səfərdə olub. Sonradan güclü partlayış səsi eşidilib və təyyarənin partladığı an videoya düşüb. İlkin məlumatlara görə, qəzanın səbəbi elektrik avadanlığının sıradan çıxması olub.
Hüseyn İbadlı
-
Magazin120:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu












.webp)

.jpg)






















