İdman
"Ayaks"da "Qarabağ"la oyunöncəsi itki
"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı növbəti rəqibi olan Niderlandın "Ayaks" klubu ciddi itki ilə üzləşib.
Publika.az xəbər verir ki, Amsterdam təmsilçisinin hücumçusu Vaut Veqhorst sıradan çıxıb.
O, ölkə çempionatının XV turunda səfərdə "Fortuna"nı 3:1 hesabı ilə məğlub etdikləri oyunda topuğundan xəsarət alıb. Veqhorst görüşün 28-ci dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb.
Niderland millisinin 33 yaşlı futbolçusunun durumu tibbi müayinədən sonra bilinəcək. Onun "Qarabağ"la oyun üçün Bakıya səfər etməyəcəyi gözlənilir.
Qeyd edək ki, "Qarabağ" "Ayaks"ı dekabrın 10-da qəbul edəcək. Vaut Veqhorst cari mövsüm ərzində meydana çıxdığı 18 oyunda 7 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
-
Magazin222:18Haluk Levent reanimasiyaya yerləşdirildi
-
İqtisadi gündəm21:51Azərbaycan-İran sərhədi ilə bağlı yeni qərar
-
Hadisə21:00Azərbaycanda yas mərasimində kütləvi zəhərlənmə baş verdi
-
Magazin120:00300-dən çox sevgi məktubunu saxlamışdım, indi də yaraşığım qalıb... - Xalq artisti
-
Sosial18:50Gürcüstana gedənlərin diqqətinə - 12 manatlıq sığorta nələri qarşılayır?
-
Sosial16:49Qubada Vətən Müharibəsi abidəsi baxımsız vəziyyətdədir - İcra hakimiyyəti isə deyir ki... - Fotolar
-
Cənubi Qafqaz16:16Paşinyanın qəribə davranışı gündəm oldu - VİDEO
-
Sosial15:03Bakı-Tbilisi qatarının qiyməti açıqlandı - Rəsmi







.jpg)




























