İdman
Ulduz futbolçu daha "Barselona"da oynaya bilməyəcək? - Psixoloji problemləri var
"Barselona"nın mərkəz müdafiəçisi Ronald Arauxo artıq Kataloniya klubunda oynaya bilməyəcək.
Publika.az xəbər verir ki, bu iddia ilə İspaniyanın nüfuzlu COPE nəşrinin jurnalisti və insayderi Xuanma Kastanyo çıxış edib.
"Arauxonun problemləri göründüyündən daha ciddidir. O, bir daha "Barselona" forması geyinməyə bilər", – deyə Kastanyo bildirib.
Qeyd olunur ki, uruquvaylı futbolçu bir müddətdir psixoloji çətinliklərlə mübarizə aparır və mövcud vəziyyətdə "Barsa"nın tələb etdiyi səviyyədə rəqabət apara bilmədiyini etiraf edib.
Arauxo Çempionlar Liqasında "Çelsi" ilə matçda 44-cü dəqiqədə qırmızı vərəqə aldığı və komandanın 0:3 hesabı ilə uduzduğu görüşdən sonra emosional vəziyyəti pisləşdiyi üçün klubdan bərpa üçün limitsiz vaxt istəyib. Qeyd olunur ki, əgər uruqvaylı futbolçu emosional vəziyyətini yoluna qoya bilməsə, "Barselona" qış transfer pəncərəsində yeni müdafiəçi ala bilər.
Heybət
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə






































