İdman
Benzema DÇ-2026 üçün Fransa millisinə qayıdacaq?
"Əl-İttihad"ın hücumçusu Kərim Benzema 2026-cı il dünya çempionatında iştirak etmək üçün Fransa milli komandasına qayıda biləcəyini istisna etməyib.
Publika.az xəbər verir ki, bu barədə o, "L'Equipe" nəşrinə danışıb. Benzema bildirib ki, belə turnirlərdə çıxış etmək hər bir futbolçunun arzusudur:
"Hamı bu turnirdə oynamaq istəyir. Məni çağıranda gəlirəm və oynayıram. Mənim məqsədlərim var. Futbolu sevirəm və qalib gəlməyi xoşlayıram. Tərlə qazanılan titullar mənim üçün ən önəmlisidir. Əgər milliyə çağırılsam, gəlirəm və oynayıram. Vəssalam".
Xatırladaq ki, 2026-cı il dünya çempionatında ilk dəfə olaraq 48 komanda iştirak edəcək. Turnir 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
Heybət
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə






































