İdman
Haaland onu təsirləndirən məqamdan danışdı: Ola bilsin ki, ağlayım
“Mançester Siti”nin və Norveç millisinin hücumçusu Erlinq Haaland 2026-cı il dünya çempionatına dair gözləntilərini bölüşüb.
Publika.az xəbər verir ki, 25 yaşlı futbolçu mundialda ilk dəfə çıxış etməyin onun üçün xüsusi hadisə olduğunu vurğulayıb:
"Mən ilk dəfə dünya çempionatında oynayacağam və bu inanılmaz hissdir. Atam Alf-İnqe Haaland 1994-cü ildə ABŞ-da keçirilən mundialda çıxış etmişdi. ABŞ-a gedib orada dünya çempionatında oynamaq mənim üçün çox özəl olacaq. Bu, möhtəşəm olacaq. Tüklərim biz-biz olacaq. Ola bilsin, hətta millinin himnini oxuyarkən ağlayım".
Norveç yığması seçmə mərhələdə keçirdiyi 8 oyunun hamısında qalib gəlib və birbaşa final mərhələsinə yüksəlib. Haaland Avropa zonasında 16 qolla ən məhsuldar oyunçu olub.
Qeyd edək ki, şimallılar dünya çempionatının qrup mərhələsində Fransa, Seneqal və pley-offdan gələcək komanda ilə qarşılaşacaq.
Heybət
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə






































