İdman
Prosineçki Azərbaycana qayıtmaqdan imtina edib?
Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin yenidən ölkəmizdə çalışmaq variantı olub.
Publika.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.
Konkret ad çəkilməsə də, 56 yaşlı mütəxəssisin Azərbaycan Premyer Liqası təmsilçilərindən birindən təklif aldığı vurğulanıb. Prosineçkinin Azərbaycanla yanaşı, başqa variantları da olub:
“Lakin hamısı klublar idi. Hətta bəzilərinin maliyyə şərtləri daha yüksək görünürdü. Lakin Prosineçki yenidən özünü milli komandada sınamaq qərarına gəldi. Bu səbəbdən o, Qırğızıstan Futbol İttifaqının 13 aylıq müqavilə təklifini qəbul edib. Razılığa əsasən, Qırğızıstan millisi Asiya Kuboku – 2027-də uğurlu çıxış etsə, müqavilə daha 3 illik uzadılacaq”.
Qeyd edək ki, 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdıran Robert Prosineçki həmçinin Bosniya və Herseqovina, Monteneqro yığmalarına da rəhbərlik edib.
Heybət
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə






































