İdman
MLS-in ən bahalı futbolçuları: Görün Messi neçəncidir
Nüfuzlu "Transfermarkt" portalı MLS-də çıxış edən futbolçuların yenilənmiş bazar dəyərlərini açıqlayıb.
Publika.az xəbər verir ki, siyahıya “Los-Anceles Qaleksi”nin yarımmüdafiəçisi Riki Puiq başçılıq edir. Onun dəyəri 18 milyon avro göstərilib.
İkinci yerdə “Los-Anceles” klubunun hücumçusu Son Hın-Min (17 milyon avro), üçüncü pillədə isə “Sinsinnati”nin yarımmüdafiəçisi Evander (16 milyon avro) qərarlaşıb.
Turnirin son qalibi “İnter Mayami”nin ulduzu və kapitanı Lionel Messi isə siyahıda 7-cidir. Onun komanda yoldaşı və həmyerlisi Rodriqo De Paul ilə birlikdə 15 milyon avro dəyəri var.
1. Riki Puiq (“Los-Anceles Qaleksi”) – 18 milyon avro
2. Son Hın-Min (“Los-Anceles”) – 17 milyon avro
3. Evander (“Sinsinnati”) – 16 milyon avro
4. Rodriqo De Paul (“İnter Mayami”) – 15 milyon avro
5. Lionel Messi (“İnter Mayami”) – 15 milyon avro
6. Emmanuel Latti Lat (“Atlanta”) – 15 milyon avro
7. Anders Dreyer (“San-Dieqo”) – 15 milyon avro
8. Kevin Dinki (“Sinsinnati”) – 14 milyon avro
9. Uqo Kuypers (“Çikaqo Fayr”) – 9 milyon avro
10. Migel Almiron (“Atlanta”) – 9 milyon avro
Heybət
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə






































