İdman
Braziliya klubu "Qarabağ"la danışıqlara başladı: Ançelottinin istəyi ilə
Braziliyanın "Botafoqo" klubu yeni mövsüm üçün yarımmüdafiə xəttini gücləndirməyə çalışır.
Publika.az xəbər verir ki, klub artıq dayaq yarımmüdafiəsi mövqeyinə iki futbolçu bəyənib. Maraqlı məqam onların "Qarabağ"la bağlılığının olmasıdır.
Söhbət Ağdam klubunda çıxış edən Pedro Bikalyo və "köhlən atlar"ın sabiq üzvü, hazırda "Ferensvaroş"un formasını geyinən Julio Romaodan gedir. Baş məşqçi Davide Ançelottinin istəyi ilə klub hər iki futbolçu ilə danışıqlar aparır. Onlardan başqa, Braziliya A Seriyasında oynayan daha bir yarımmüdafiəçi də hədəfdədir. Bu barədə “Globo” məlumat yayıb.
"Botafoqo"nun futbolçularla yanaşı "Qarabağ" və "Ferensvaroş" ilə də danışıqları davam edir. Klublar isə Braziliya təmsilçisindən yüksək təkliflər istəyiblər.
24 yaşlı Pedro Bikalyo bu ilin yayından "Qarabağ"da çıxış edir. O, 25 oyunda 1 assistlə yadda qalıb. Julio Romao isə 2025-ci ilin yanvarında "Ferensvaroş"a transfer olunub. Macarıstan və Azərbaycan çempionları Romao və Kadi Borgesi dəyiş-düyüş ediblər.
Qeyd edək ki, Davide Ançelotti Braziliya millisinin məşhur baş məşqçisi Karlo Ançelottinin oğludur.
Heybət
/i.s3.glbimg.com/v1/AUTH_da025474c0c44edd99332dddb09cabe8/internal_photos/bs/2025/D/I/0q56AYSPG0fDBE1psucg/arte-35-.png)
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə





































